Müharibə başlayandan Ukraynada nə qədər azərbaycanlı həlak olub?

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, son günlərdə Kiyevə əsasən Belarus istiqamətindən raket və dron hücumları daha da artıb.

Məlumata görə, hazırda Donetsk, Zaparojye və Xerson vilayətlərində ağır döyüşlər gedir.

“Rusiyanın güclü artilleriya və raket hücumlarının səbəbi Baxmut şəhərini işğal edə bilməmələri ilə bağlıdır”, – deyə jurnalist vurğulayıb.

Qeyd edilib ki, Ukrayna Ordusu Luqansk ərazisinə keçərək bir neçə kəndi işğaldan azad edib.

O da bildirilib ki, müharibə başlayandan bəri Ukraynada təxminən 29 azərbaycanlı həlak olub, 60 nəfər isə itkin düşüb.

Share: