Moskvada kiçik it bir kiloqram daş yedi

Rusiyanın paytaxtı Moskvada korqi cinsindən olan kiçik it bir kiloqrama yaxın çınqıl daşı yeyib.

İtin sahibləri daşların üzərinə kabab marinadı dağıdıblar və it də kababın qoxusu qarşısında tab gətirə bilməyib.

Hammer adlı korqi qeyri-adi diaqnozla klinikaya gətirilib. İtin mədəsi daşla dolu olub. Hammerin sahibləri bağ evində manqalda kabab hazırlıqları zaman marinadın bir hissəsini fərqində olmadan çınqılların üzərinə dağıdıblar, it bunu görüb və cəmi bir neçə dəqiqə ərzində demək olar ki, bir kiloqram daşı yeyib.

Çınqıl daşlarını tez zamanda çıxarmaq lazım olduğundan həkimlər əməliyyat etmək qərarına gəliblər. Korqinin mədəsindən 730 qram daş çıxarılıb. Prosedur yaxşı keçib, Hammer hazırda pəhrizdədir və nəzərəçarpacaq dərəcədə arıqlayıb, hətta bu halda daha yaxşı görünməyə başlayıb.

Mənbə: “Baza” “Telegram”

Share: