MİT-dən əməliyyat: İstanbul terrorunun təşkilatçılarından biri məhv edildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) keçən il İstanbulda altı nəfərin ölümü ilə nəticələnən terror aktını planlaşdıranlardan birini – “Mazlum Afrin” kod adlı terrorçunu zərərsizləşdirib.

Bu barədə təhlükəsizlik mənbələrindən xəbər verilib.

Bildirilir ki, PKK/KCK üzvü Nabo Kele Hayri Suriyanın Əl-Həsəkə şəhərində MİT-in xüsusi əməliyyatı zamanı məhv edilib.

Məlumata görə, o, 2022-ci ilin may ayında Türkiyəyə qarşı fəaliyyətlər üçün PKK/KCK-PYD/YPG tərəfindən yaradılmış 14 nəfərlik “kəşfiyyat strukturunun” üzvü olub. Terrorçu dəfələrlə Suriyada Türkiyə təhlükəsizlik birliklərinə və Suriya Milli Ordusuna qarşı hücumlar, təxribatlar planlaşdırıb. “Mazlum Afrin”in, həmçinin 2021-ci ilin may ayında “Barış Pınarı” Əməliyyat Bölgəsində bombalı hücumu planlaşdıranlardan biri olduğu müəyyən edilib.

Mənbə: Haber Global

Share: