Misirin şimal-şərqinə qar yağıb

Misirin şimal-şərqində yerləşən Şərqiyyə əyalətinə qar yağıb.

Yerli KİV yazır ki, əyalətin müxtəlif şəhər və kənd yolları, damları qarla örtülüb.

Qeyd olunur ki, Misirin bu ərazilərinə qarın yağması nadir hallarda müşahidə olunur.

Paytaxt Qahirədə isə artıq bir neçə gündür ki, güclü yağışlar yağır.

Şəhərin bir çox küçələri su yığılması səbəbindən bağlanıb, tunellərdə hərəkət müvəqqəti dayandırılıb, Nil çayı üzərindən keçən körpülərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Mənbə: Ad Dustour

Share: