Meqan Foks nişanlısından ayrıldı

Aktrisa Meqan Foks və ifaçı “Machine Gun” Kelli (Kolson Beyker) artıq ayrı-ayrı evlərdə yaşayırlar.

Hələ 2023-cü ilin fevralında Foks və Kellinin ayrılmaları haqqında şayiələr yayılıb.

Qeyd olunub ki, musiqiçi “Transformerlər”in ulduzunu gitara ifaçısı Sofi Lloydla aldadıb.

Lakin aprel ayında cütlük Havay adalarına istirahətə yollanıb və paparassilər onları çimərlikdə əl-ələ tutarkən lentə alıblar. Hərçənd, məzuniyyətdən qayıtdıqdan sonra onlar yenidən münasibətlərində problemlərlə üzləşiblər.

Bildirilir ki, Meqan aprelin 22-nə təsadüf edən Kolsonun ad günündən bəri ümumiyyətlə onun evində olmayıb. Şənlik polis tərəfindən dağıdılıb.

Xatırladaq ki, Meqan Foks və “Machine Gun” Kellinin yaxın münasibətləri barədə ilk dəfə 2020-ci ilin iyununda məlum olub. 2022-ci ilin yanvarında onlar nişanlandıqlarını elan ediblər.

Share: