Meksikada ildırımın iki nəfəri vurması ilə bağlı görüntülər yayıldı

Meksikada çimərlikdə gəzinti zamanı iki nəfəri ildırım vurub.

Məlumata görə, faciə Miçoakan ştatının məşhur Akvila çimərliyində baş verib. Ölənlər qadın və kişidir.

Bildirilir ki, ildırım birbaşa qadının başının üstündə çaxıb, o, yerindəcə dünyasını dəyişib, yaxınlıqda dayanan kişi isə ciddi yanıq xəsarətləri alaraq yerli xəstəxanaya çatdırılıb. Lakin o da aldığı xəsarətlərdən dünyasını dəyişib.

Mənbə: “Shot” “Telegram” kanalı

Share: