“Megastore” supermarketlər şəbəkəsinin növbəti filialı açıldı

Azərbaycan pərakəndə bazarında sürətlə böyüyən “Megastore” supermarketlər şəbəkəsinin növbəti filialının açılışı mediada bu dəfə də gündəm olub.

6 noyabr tarixində Xətai rayonu, Xudu Məmmədov 1c ünvanında yerləşən “Megastore” supermarketlər şəbəkəsinin növbəti filialının açılışı münasibəti ilə bənzərsiz endirimlər, kampaniya və digər təkliflər müştərilər tərəfindən maraqla qarşılanıb.

Tədbir zamanı yaşanan müştəri sıxlığı bir müddətdir sosial medianın gündəmində qalmaqdadır. Yayılan görüntülərdə yer alan insan izdihamı hansısa mənfi hal yaranması barədə çaşqınlıq yaradıb. Buna baxmayaraq, yaranan müştəri sıxlığı zamanı hər hansı mənfi hal yaranmayıb. Belə ki, açılış tədbiri zamanı şirkət tərəfindən bu kimi hallar nəzərə alınaraq təcili tibbi yardım maşını əraziyə cəlb edilib.

Açılış mərasiminə həmçinin Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov da qatılıb. KOBİA sədri açılış nitqində son dövrlər ölkəmizdə artan iqtisadi inkişaf, biznes subyektlərinə dövlət dəstəyi kimi mövzulara toxunub və davamlı rəqabətin iqtisadi inkişafda önəmindən bəhs edib.

Açılış tədbiri zamanı şirkət rəhbərləri, pərakəndə satış sektorunun əsas liderlərindən olan Eşqin İsmayıllı və Turan Özbahceci də ictimaiyyət qarşısında çıxış edərək onlara filial barədə və eyni zamanda növbəti layihələr haqqında məlumat veriblər.

Qeyd edək ki, “Megastore” markası milli pərakəndə bazarında bir xidmət markası olaraq öz adından söz etdirməkdədir. Uzunmüddətli fasilədən sonra 2021-ci ildə yenidən pərakəndə bazarına qayıdan “Megastore” supermarketləri Bakıxanov, Ağcabədi, Quba, Saray, Albalılıq filialları ilə bu xidmət anlayışını müştərilərə bəxş etməkdədir.

 

Share: