Maykl Doran: “Azərbaycanlıların erməniləri Qarabağdan sıxışdırıb çıxarmasına dair heç bir sübut yoxdur”

“Azərbaycanlıların erməniləri Qarabağdan sıxışdırıb çıxarması ilə bağlı heç bir sübut yoxdur”.

Bu barədə ABŞ-nin Hudzon İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran “X” sosial şəbəkəsində yazıb.

“Bu, ermənilərin könüllü köçüdür, etnik təmizləmə deyil. Etnik təmizləmə ermənilərin Birinci Qarabağ müharibəsi zamanı uşaqları, qocaları qətlə yetirmələridir”, – ekspert vurğulayıb.

Onun fikrincə, 2020-ci ilin noyabrında müharibədə qələbə qazandığı andan Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpası qaçılmaz olub:

“Beynəlxalq hüquq və əsas oyunçular – ABŞ, Rusiya, Türkiyə Qarabağı Azərbaycanın ərazisi hesab edirlər”.

 


Share: