Maskalı tələbələr Romanın mərkəzində etiraz aksiyası keçirdilər

Romada tələbələr İtaliya Təhsil Nazirliyinin binası qarşısında hökumət əleyhinə etiraz aksiyası keçiriblər.

Baş nazir Corc Meloni, həmçinin onun hökumətinin digər beş nümayəndəsinin maskalarını taxan gənclər əllərində “Mənim ləyaqətim odur ki, təhsil xərclərini 10 milyard avro ixtisar edirəm” və “Mən aborta qarşıyam” kimi şüarlar tutublar. Bununla tələbələr “Təhsil və Ləyaqət Nazirliyi” kimi tanınan təhsil qurumunun yeni adına münasibətlərini göstəriblər.

Onlar həmçinin məktəblərə və universitetlərə ayrılan xərcləri 10 milyard avro azaldan yeni hökuməti ikiüzlülükdə ittiham ediblər.

Aksiyaçılar sonda başqa tələbələri noyabrın 18-də ümummilli nümayişdə iştirak etməyə çağırıblar.

Mənbə: ANSA

Share: