“Mançester Yunayted” Veqhorstu transfer etdiyini açıqladı

“Mançester Yunayted” Niderland millisinin hücumçusu Vaut Veqhorstu transfer etdiyini açıqlayıb.

30 yaşlı futbolçu “Bernli” klubundan icarə əsasında keçib. Müqavilə 2023-cü ilin iyun ayına qədər qüvvədədir.

Veqhorst 2022/23 mövsümünə Türkiyədə başlayıb və burada icarə əsasında “Beşiktaş”da çıxış edib. O, “Beşiktaş”ın heyətində Türkiyə liqasında 15 matçda 7 qol vurub.

Qətərdə keçirilən Dünya Çempionatında hücumçu 1/4 finalda Argentina ilə oyunda dubla imza atıb.

Mənbə: Sport-express.ru 


Share: