Malayziyada 30 nəfərlik çəkiliş qrupu mağarada çarəsiz vəziyyətdə qaldı

Malayziyanın Perak əyalətində yerləşən Tempurung mağarasında leysan yağışlar səbəbindən 30 nəfərlik çəkiliş qrupu çarəsiz qalıb.

Yağış nəticəsində mağaranın çıxışında suyun səviyyəsi təxminən 1,5 metrə qalxıb. Sinqapura məxsus prodüser şirkətinin çəkiliş qrupu güclü yağış səbəbindən əhəngdaşı mağarasından çıxa bilməyib.

2 saat sonra bütün heyət təhlükəsiz şəkildə mağaradan çıxarılıb.

Tempurung mağarasında üç kilometrdən uzun məsafədə otaqlar şəbəkəsi mövcuddur. Bu,  Malayziyanın ən uzun və ən böyük əhəngdaşı mağarası kimi tanınır.

Mənbə: Haber Global

Share: