Türkiyədə fevralın 6-da baş verən zəlzələlərin təsirinə məruz qalan binaların söküntüsü davam edir.
Bu dəfə mütəxəssislər Malatyada yerləşən doqquz binanı nəzarətli partlayışla eyni vaxtda uçurublar.
Binaların hər birinin 15 mərtəbəli olduğu bildirilib. Qeyd olunub ki, bu tikililərdə sonrakı yaşayış təhlükəsizlik baxımından mümkün olmayıb.
Mənbə: NTV