Madonnanın özündən 35 yaş kiçik boksçu sevgilisi kimdir?

64 yaşlı amerikalı müğənni Madonna 29 yaşlı boksçu Coş Popperlə görüşməyə başlayıb.

Bu barədə “Daily.Mail” müğənniyə yaxın mənbəyə istinadən xəbər verib.

Məlum olub ki, boksçu müğənninin övladlarının məşqçisidir. Coş Popper öz “Instagram” hesabında bir neçə foto yerləşdirib ki, onlardan biri də Madonna ilə birlikdə olduğu fotodur. Madonna da həmçinin sosial şəbəkələrdə Popperlə olan şəklini paylaşıb.

Bildirilib ki, Madonna ilə Popper arasındakı münasibət təkcə dostluqdan ibarət deyil.

Boksçu sosial şəbəkədə pərəstişkarlarının Madonna ilə münasibəti barədə verdikləri suallara cavab verməyib. Eyni zamanda Popperin sosial şəbəkə abunəçiləri onların bir-birinə yaraşdıqlarını qeyd ediblər.

Share: