Məşhur türkiyəli aktyor Hollivud ulduzu ilə qarşı-qarşıya gələcək

Məşhur ingilis rejissor Qay Ritçinin Hollivud istehsalı olan yeni filmi tezliklə ekranlara gələcək. “Sherlock Holmes”, “Rocknrolla”, “Transporter” və “Snatch” kimi işləri ilə aksiyon janrına yeni nəfəs gətirən rejissorun yeni filmində məşhur türkiyəli aktyor Kaan Urgancıoğlu da rol alıb.

Baş rollarda Ceyson Stethem, Hyu Qrant, Obri Plaza və Joş Hartnetin yer aldığı filmin aktyor heyətində həmçinin son illərdə İspaniyada ən yaxşı aktyor mükafatını alan və Tim Seyfi adı ilə tanınan türk-alman aktyor Timur Seyfəddin Ölmez, Ozan Ayhan, Ergün Kuyucu və Aksel Üstün kimi adlar da var.

Filmin daha əvvəl nümayiş olunan treyleri sosial mediada milyondan çox baxış toplayıb, həmçinin türkcə dublyajlı treyleri də yayımlanıb.

Çəkilişləri Antalyada gerçəkləşdirilən filmdə şəhərin möhtəşəm görüntüləri ilə yanaşı türk mədəniyyətindən bəhs edən səhnələr və türkcə dialoqlar da yer alıb.

Son zamanlar layihələri ilə adından söz etdirən uğurlu aktyor Kaan Urgancıoğlu filmdə “Casa” adlı mafiya liderini canlandırır və Ceyson Stethem ilə çəkilmiş aksiyon səhnələrində heyranedici aktyor oyunu nümayiş etdirir.

Mənbə: Haber Global  

Share: