Mərdəkanda yeni tikilməkdə olan binanın həyətində naməlum kişi meyiti tapıldı

Xəzər rayonu Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində kişi meyiti tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Təxminən 45-50 yaşlarında olan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Aparılan araşdırmalarla meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Fotoda gördüyünüz şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinə 012-454-02-02 şəhər və 050-633-45-46 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Share: