Londonun mərkəzində Danimarka bayrağı yandırıldı

Londonun ərəbəsilli sakinləri şəhərin mərkəzində etiraz aksiyası keçiriblər.

Onlar Kopenhagendə Quranın yandırılmasına qarşı çıxıblar. Tədbir zamanı Danimarkanın bayrağı yandırılıb.

Qeyd edək ki, iki gün öncə danimarkalı siyasətçi Rasmus Paludan növbəti dəfə Quranın yandırılması üzrə aksiya təşkil edib. Budəfəki tədbir Kopenhagendəki məscidlərdən birinin önündə baş tutub.

Mənbə: 360tv.ru

Share: