Lixtenşteyn parlamentində zəlzələ müzakirə edildi: O anda bina silkələndi

Lixtenşteyn Assambleyasının sessiyasında zəlzələdən sığorta mövzusu müzakirə olunub. Zəlzələdən sığortanın icbari hala salınmasının zəruri olub-olmaması müzakirə olunduğu əsnada həqiqətən də zəlzələ baş verib.

Zəlzələnin gücü 4,1 bal olub.

Qorxu dolu anlar kameraya əks olunub.

Deputat Bettina Petzold-Mahr şiddətli zəlzələ olacağı halda binalara ziyan dəyə biləcəyini söyləyib. Elə bu əsnada da bina silkələnib. Bettina özü və bəzi deputatlar vəziyyəti təbəssümlə qarşılayıblar.

Mənbə: Haber Global

Share: