Liqa 1: PSJ üç xalı üç qolla qazandı

Son Fransa çempionu PSJ Liqa 1-in VIII turunu qələbə ilə başa vurub.

Oxu.Az xəbər verir ki, Paris təmsilçisi səfərdə “Renn”dən güclü olub – 1:3.

Qonaqların qələbə qollarını Vitinya, Əşrəf Hakimi və Randal Kolo Muani vurublar.

Meydan sahiblərinin heyətində Amin Quri fərqlənib. Qələbə sayəsində PSJ üçüncü pilləyə yüksəlib.

15 xalı olan kollektiv lider “Monako”dan iki xal geri qalır. “Renn” 11 xalla səkkizincidir.

Faiq Tahirov

Share: