Lerikdə ziyarətdən qayıdanlar qəzaya düşdü: Çox sayda ölən və yaralananlar var

Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.

APA xəbər verir ki, təqribən 18-20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.

Qəza nəticəsində 5 nəfər ölüb, 10-a qədər insan yaralanıb.

Lerik rayon İcra Hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov xəbəri təsdiqləyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

16:30

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.

“Report”un məlumatına görə, hadisə Günəşli kəndində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Hadisə zamanı avtobusda 50 nəfər olub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Share: