Lempard “Çelsi”nin baş məşqçisi oldu

“Çelsi”nin sabiq baş məşqçisi Frenk Lempard London klubuna qayıdıb.

Bu barədə sosial şəbəkələrdə tanınmış insayder Fabrizio Romano məlumat verib.

Mənbənin məlumatına görə, Lempard klubla 2022/2023 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Xatırladaq ki, Lempard 18 ay Londondan komandaya rəhbərlik edib. O, 2021-ci ilin əvvəlində istefaya göndərilib.

Frenk futbolçu kimi 18 il “Çelsi”də çıxış edib. Mütəxəssis “zadəganlar”ın rəhbəri postunda Qrem Potteri əvəz edib.

 


Share: