Neftçalada 56 yaşlı qadın intihar etdi

Neftçala rayonunda intihar hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Qasımova Gülnaz Hafiz qızı özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Share: