Kürdəmirdə AĞIR QƏZA: İki nəfər ölüb, səkkiz nəfər yaralanıb

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır avtomobil qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Mercedes Sprinter” markalı sərnişindaşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu “KamAZ” markalı yük maşınına çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, səkkiz şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Share: