Konqoda leysan yağışları 400-ə yaxın insanın ölümünə səbəb olub

Konqo Demokratik Respublikasının şərqindəki Cənubi Kivu əyalətində baş verən daşqınlar və torpaq sürüşmələri 394 nəfərin həyatına son qoyub.

Bu barədə bazar günü, mayın 7-də yerli administrasiyanın nümayəndələri xəbər veriblər.

Ölənlərin cəsədlərinin Buşu, Nyamukubi kəndlərində və Kivu gölündə tapıldığı bildirilir.

Respublika hakimiyyəti 8 may tarixini daşqınlar nəticəsində həlak olanlar üçün milli matəm günü elan edib.

Qeyd edək ki, Ruanda ilə həmsərhəd olan Cənubi Kivuda daşqın və sürüşmələr qeyri-adi deyil. Bu həftə Ruandada da leysan yağışlar daşqınlara səbəb olub. Nəticədə 130 nəfər ölüb, 5 mindən çox ev dağılıb.

Mənbə: iz.ru

Share: