Kompüterlər və disketlərdən yeni musiqi aləti ixtira olunub

Qeyri-adi musiqi alətləri yaratmaqla tanınan mühəndis və bloqer Linus Okesson öz ixtirasını paylaşıb. O, iki ədəd “Commodore 64” kompyuterindən və disketlərdən “Kommordion” adlandırdığı musiqi alətini icad edib.

Videoda mühəndis musiqi alətinin dizaynı haqqında ətraflı danışıb. Okesson əvvəlcə kompüterlər üçün klavişlərə basıldığında müəyyən səsləri səsləndirmək üçün proqram hazırlayıb. Akkordeonu avtonom etmək üçün mühəndis korpusun içərisinə enerji bloku yerləşdirib.

Mühəndis “kommordionu” adi akkordeonla eyni prinsiplə işlədiyiniyi və əvvəlcədən yüklənmiş melodiya ifa etmədiyini göstərmək üçün onda klassik mahnı ifa edib.

Mənbə: Lenta dnya

Share: