Kim Çen Inın Rusiyaya rəsmi səfəri başa çatıb

Şimali Koreya lideri Kim Çen Inın Rusiya Federasiyasına rəsmi səfəri başa çatıb.

Bu barədə Rusiyanın təbii sərvətlər naziri, iki ölkənin hökumətlərarası komissiyasının rəhbəri Aleksandr Kozlov məlumat verib.

“Yoldaş Kim Çen Inın rəsmi səfəri başa çatıb. Altı gün ərzində biz bir neçə müəssisədə, təhsil və mədəniyyət müəssisələrində olduq”, – o, qeyd edib.

Nazirin sözlərinə görə, Kim Çen In ən xırda detallarla maraqlanıb və diqqətli olub.

Ölkə başçısının zirehli qatarı Primorsk diyarındakı Artem stansiyasından Şimali Koreyaya yola düşüb.

Mənbə: TASS

Share: