Kanada “Leopard 2” əsas döyüş tanklarını Ukraynaya göndərdi

“Kanadanın Ukraynaya göndərdiyi ilk “Leopard 2” əsas döyüş tanklarını daşıyan təyyarə Halifax şəhərində yola düşdü”.

Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand “Twitter”də məlumat verib.

“Kanada Ukrayna xalqının yanındadır və biz Ukrayna Silahlı Qüvvələrini qələbə üçün lazım olan avadanlıqla təmin etməyə davam edəcəyik”, – Kanadanın milli müdafiə naziri qeyd edib.

 


Share: