Oxu.az – Kahramanmaraşda keçi zəlzələnin 47-ci günündə dağıntılar altından sağ çıxdı

Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonunda üçmərtəbəli binanın dağıntıları altında qalan keçi zəlzələnin 47-ci günündə sağ çıxarılıb.

Keçinin sahibi olan Sezer Tündükozan adlı fermer 1 yaşlı keçisini nə kəsmək, nə də satmaq fikrində olduğunu bildirib.

Qeyd olunur ki, keçinin sağ çıxdığı həmin üçmərtəbəli binanın çökməsi nəticəsində orada yaşayan 3 sakin həlak olub.

Mənbə: DHA

Share: