ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

ABŞ-ın Yuta ştatında yaşı 18-dən az olan uşaqlara axşam saat 22:30-dan səhər saat 6:30-a kimi sosial şəbəkələrdən istifadəni qadağan etmək istəyirlər.

Artıq sosial şəbəkə qadağa ilə bağlı sənəd qubernator Spenser Koks tərəfindən imzalanıb. Lakin qadağanın 2024-cü ilin martında qüvvəyə minməsi gözlənilir.

Həmçinin, yeni qanuna görə, valideynlər uşaqlarının sosial media hesablarına daxil olmaq imkanına sahib olmalıdırlar.

Artıq sosial şəbəkələri təmsil nümayəndələrin ştat rəhbərliyinin bu qərarından məhkəməyə şikayət edəcəyi gözlənilir.

Mənbə: Associated Press

Share: