Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

“Qarabağ”dan ayrılan braziliyalı Kadi Borgesin Rusiya “Krasnodar”ına keçidi rəsmiləşib.

“Report” klubun saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi yeni komandası ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.

27 yaşlı oyunçu Premyer Liqa təmsilçisində, Ağdam klubunda olduğu kimi, 20 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyurdu.

Share: