Kabildə partlayış olub, yaralananlar var

Əfqanıstanda, Kabil şəhərinin qərbində partlayış baş verib. Hadisə nəticəsində azı üç nəfər xəsarət alıb.

Yerli sakinlərin sözlərinə görə, partlayış Kabilin Daşt-Bərçi rayonunda qeydə alınıb.

Məlumata görə, partlayış yerli vaxtla saat 10:15-də (Bakı vaxtı ilə 09.45) Milli Statistika və İnformasiya İdarəsinin ofisində baş verib.

“Tolo News” isə ikisi hərbçi olmaqla dörd nəfərin yaralandığını bildirib.

Mənbə: Khaama Press

 

Share: