İtaliyada yüzlərlə futbol azarkeşi avtomobil yolunda iğtişaş törədib

“Napoli” və “Roma” futbol klublarının 300-ə yaxın azarkeşi Aretso şəhəri yaxınlığındakı avtomobil yolunda dava salıblar.

Məlumata görə, nəticədə magistral yolda 13 kilometrlik tıxac yaranıb.

Fanatlardan bəziləri ağac dəyənəklərlə silahlanıb, həmçinin tüstü və işıq fişənglərindən istifadə edilib.

Bildirilir ki, iğtişaşlar nəticəsində azı bir nəfər yaralanıb və yaxınlıqdakı xəstəxanaya aparılıb.

Qeyd olunub ki, “Napoli” azarkeşləri Genuyaya, “Roma” azarkeşləri isə Milana gedərkən yolları kəsişib.

Mənbə: TASS

Share: