İstanbulda tarixi “Qız Qalasının” bərpadan sonra açılışı olub

İstanbulda tarixi “Qız Qalasının” (Kız Kulesi) bərpa işlərindən sonra açılışı olub.

APA-nın xəbərinə görə, açılış çərçivəsində şəhər sakinləri və turistlərə qalanın üzərində proyeksiya olunmuş işıq və lazer-şou təqdim olunub.

Minlərlə insan nümyaşi izləmək üçün İstanbulun Üsküdar rayonundakı Salacak sahilinə üz tutub.

Qeyd edək ki, açılışla əlaqədar mayın sonunadək “Qız Qalası”nı ziyarət etmək ödənişsizdir.

2021-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bərpa işləri ilə qalanın interyeri, eksteryeri, estakadası və ətrafı abadlaşdırılıb.

Share: