Oxu.az – İstanbulda avtomobil evin eyvanına girdi

Türkiyənin İstanbul şəhərində yol-nəqliyyat hadisəsi zamanı avtomobil yaşayış binasına çırpılıb.

Belə ki, Arzu D.-nin idarə etdiyi avtomobil Serdal A.-nın idarə etdiyi mikroavtobusla toqquşub və zərbədən yaşayış binasının eyvanına girib.

Hadisə zamanı avtomobildə olan üç nəfər yaralanıb.

Əraziyə polis və səhiyyə qrupları çağırılıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Mənbə: TRT Haber

Share: