İsrail yüzlərlə hərbçini Avropadan geri gətirdi

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatda iştirak etmək üçün Avropada olan yüzlərlə hərbçisini ölkəyə gətirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə hərbi qurum özünün “X” sosial şəbəkə hesabında bildirib.

Qeyd edilib ki, təkbaşına geri dönə bilməyən əsgərləri İsrailə çatdırmaq üçün ağır nəqliyyat təyyarələri müxtəlif Avropa ölkələrinə uçub.

O da vurğulanır ki, əməliyyat Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilib.

 


Share: