İspandilli ölkələrin mətbuatında İberoamerika Düşüncə Mərkəzi barədə məlumat dərc edilib

Nikaraquanın aparıcı televiziyalardan biri olan “Globo TV Nicaragua” Qafqaz – İberoamerika Düşüncə Mərkəzi haqqında material hazırlayıb. 

Bu barədə Oxu.Az-a Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov məlumat verib.

Müsahibə zamanı Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin fəaliyyəti haqqında danışılıb.  Mərkəzin əsas vəzifələrindən birinin məhz ispandilli ölkələrin düşüncə mərkəzləri ilə əməkdaşlıq olduğu diqqətə çatdırılıb və Azərbaycan reallıqları haqqında genish məlumat verilib.

 

Share: