İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, üzgüçü Ramil Vəlizadə finişə hamıdan tez çatıb.

O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.

Qeyd edək ki, bu, Azərbaycanın qazandığı 22-ci qızıl medaldır.

Share: