İranlı jurnalist həddini aşdı

İran mediasında davamlı olaraq anti-Azərbaycan mövqeyi ilə gündəmə gələn bədnam jurnalist Reza Abbasi “X” sosial şəbəkəsində bu dəfə Azərbaycanı həyasızcasına “İran mülkiyyəti” adlandırıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.

“Azərbaycan əhalisi İran xalqının ayrılmaz hissəsidir və Azərbaycan torpağı İranın işğal olunmuş mülkiyyətidir. Bəlkə çətin olacaq, bəlkə də ömrümüz o günü görməyə yetməyəcək, amma əminəm ki, bir gün ölkəmizin üçrəngli bayrağı Arazın hər iki tayını bəzəyəcək”, – deyə Reza Abbasi paylaşımında bildirib.

 

Share: