İrandan Azərbaycana qarşı növbəti təxribat: Sərhəddə hərbi marş

Araz çayının sahilində – İran-Azərbaycan sərhədində iranlı məktəblilər “Salam, komandir” hərbi marşını səsləndiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Qeyd edilir ki, İranın Araz Azad İqtisadi Bölgəsində təhsil alan məktəb şagirdləri 1941-ci ilin sentyabrında burada guya təcavüzkarların hücumuna müqavimət göstərmiş üç şəhid iranlı əsgərin məzarı yanında “Salam, fərmandeh” (komandir) hərbi marşını (Xameneiyə həsr olunub) ifa ediblər.

 

Share: