İranda toya dava salan molla döyülərək qovuldu

İranda toy mərasimi zamanı molla döyülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalının məlumat verib.

Fars əyalətinin Darab şəhərinin Xeyrabad qəsəbəsində keçirilən toy məclisinə gələn molla rəqs edən gənclərə mane olmaq istəyib.

Lakin bundan qəzəblənən mərasim iştirakçıları mollanı döyərək toydan qovublar.

 

Share: