İranda terror aktında ölənlərin sayı artdı

İranın Şiraz şəhərində yerləşən məqbərədə törədilən terror aktı zamanı ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə “Mehr” agentliyi ölkənin hakimiyyət nümayəndələrinə istinadən xəbər verib.

Qeyd edilir ki, hücum nəticəsində onlarla insan yaralanıb.

20:08

İranın Şiraz şəhərindəki “Şahçıraq” ziyarətgahında törədilən partlayışda 13 nəfər ölüb, 40 nəfər yaralanıb

Bu barədə Fars əyaləti valisinin müavini məlumat verib.

“Ölənlərin sayı 13-ə yaxındır. Dəqiq statistikanı bir saatdan sonra açıqlayacağıq”, -deyə o, bildirib.

Silahlı terrorçulardan ikisinin həbs edildiyi, üçüncü şəxsin isə qaçdığı qeyd olunub.

Mənbə: Azad İran

Share: