İranda məktəbdə şagirdlər rəqs etdiyinə görə direktor işdən çıxarılıb

İranın Kirman şəhərində şagirdlərin məktəbdə rəqs etməsi direktora baha başa gəlib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Belə ki, şagirdlərin “Daffy” mahnısının sədaları altında rəqs etdiyi əks olunan videonun yayılmasından sonra Kirman əyalətinin Təhsil İdarəsinin rəisi Reza Rezayi məktəb direktorunun işdən çıxarılmasını və onun inzibati xətalara dair işlər üzrə komissiyaya təqdim edildiyini bildirib.

 

Share: