İranda daha bir məhbus edam edildi

İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, ötən gün Məşhəd şəhərindəki Vəkilabad zindanında saxlanılan məhbus dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.

Məlumata görə, o, qəsdən adam öldürmədə ittiham edilib.

Qeyd edək ki, BMT dünən dərc etdiyi son bəyanatında İran hökumətindən edamlara son qoyulmasını tələb edib.

Share: