İran əhalisi Fələstin məsələsində niyə hakimiyyəti dəstəkləmir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu yaxınlarda tanınmış İran siyasətçisi, İran Millətinin Birliyi partiyasının baş katibi, İran İslahat Cəbhəsinin sədri Azər Mənsuri  “Məzlumun müdafiəsində ikili yanaşma” başlıqlı məqalə yazıb.

Müəllif yazısında belə bir sual irəli sürüb: 

“Niyə ölkəmizdə Fələstin xalqına və müqavimətinə dəstək rəsmi media, qurumlar, hökumətə bağlı qruplar səviyyəsi ilə məhdudlaşır, cəmiyyət inqilabın ilk illərində olduğu şəkildə və əvvəlki kimi hakimiyyətin bu məsələ ilə bağlı mövqeyinə lazımi dəstəyi vermir? Fələstinin məzlumluğunu, yaxud “Əqsa Tufanı” əməliyyatını göstərən bir yazı yazanda, paylaşımlar edəndə, bu fakt daha qabarıq görünür. Həmin paylaşımlar iranlı izləyicilər və istifadəçilər tərəfindən rəğbətlə qarşılanmır, çox vaxt da müxtəlif ittihamlarla üzləşir. Görəsən, nə üçün belədir?”

Bu sual İran cəmiyyətində Fələstin probleminə yanaşmada ciddi fikir ayrılığı olduğunu, xalqla hakimiyyətin mövqeləri arasında dərin uçurum əmələ gəldiyini göstərmək baxımından çox düşündürücüdür.

Məsələ burasındadır ki, oktyabrın 7-də HƏMAS-ın “Əqsa Tufanı” adı altında İsrailə qarşı terror hücumu rəsmi Tehran tərəfindən böyük sevinc və təqdirlə qarşılandı. Hətta ölkənin ali rəhbəri Ayətullah Əli Xamenei bu qanlı əməliyyatı planlaşdıran və həyata keçirən “şücaətli Fələstin gənclərinin alnından və biləyindən öpdüyünü” bəyan etdi.

Ardınca İran hökuməti paytaxtda və bəzi digər şəhərlərdə Fələstinə dəstək yürüşləri, mitinqləri  təşkil etdi. Lakin rejimin bütün səylərinə baxmayaraq, onlar köhnə vaxtlardakı möhtəşəmlikdə alınmadı. Eyni zamanda ötən müddətin monitorinqi göstərdi ki, rəsmi təbliğatın İsrail əleyhinə kampaniyası və Fələstini müdafiə ritorikası cəmiyyətin geniş təbəqələri, o cümlədən intellektual və mədəni elitası tərəfindən dəstəklənmir.

Ətraflı “Azad İran” “YouTube” kanalının süjetində:

 

Share: