İngiltərədə xəstələr təcili olaraq evə buraxılır: Təcili yardım maşınları növbə gözləyir

İngiltərədə ölkə tarixinin ən çətin qışlarından biri yaşanır.

Ölkənin Milli Səhiyyə Xidməti yaxın bir neçə həftə ərzində minlərlə xəstəni qocalar evlərinə və digər müəssisələrə buraxmağa hazırlaşır. Məqsəd xəstəxanalarda çarpayıların boşaldılmasıdır.

Əhaliyə pulsuz tibbi xidmət göstərən Milli Səhiyyə Xidməti maliyyələşdirmə ilə bağlı problemlər, COVID-19 pandemiyasının təsirləri və işçilərin əmək haqları ilə bağlı tətillərindən sonra gərgin günlər yaşayır.

Bu qış bəzi xəstələr koridorlarda müalicə olunur, təcili yardım maşınları isə xəstələri təcili yardım şöbəsinə çatdırmaq üçün xəstəxanaların önündə növbə gözləyir.

Hökumət bildirib ki, 200 milyon funt sterlinqə qədər əlavə maliyyə yardımı ayıracaq. Bu yardım tibbi yardıma daha az ehtiyacı olanların xəstəxanadan kənarda qısamüddətli baxımı üçün yerlərin alınmasına sərf ediləcək.

Bundan əlavə hökumət mövcud qurumlardakı şəraitin yaxşılaşdırılması üçün 50 milyon funt sterlinq ayıracaq.

Mənbə: “Reuters”

Share: