İngiltərə Premyer Liqası: “Liverpul”dan qələbə, “Mançester Siti” liderliyi ələ keçirdi

“Liverpul” İngiltərə Premyer Liqasının 34-cü turunda “Tottenhem”i qəbul edib.

Oxu.Az xəbər verir ki, matç meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

“Liverpul” – “Tottenhem” – 4:3
Qollar: Cons, 3 (1:0), Dias, 5 (2:0), Salah, 15 (3:0), Keyn, 40 (3:1), Min, 77 (3:2), Rişarlison, 90+3 (3:3), Jota, 90+4 (4:3)

Bu nəticədən sonra  56 xalla”Liverpul”  turnir cədvəlində 54 xalı olan “Tottenhem”i geridə qoyaraq 5-ci pilləyə yüksəlib. Siyahıya 76 xalla “Mançester Siti” başçılıq edir.

19:09

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “Mançester Siti” səfərdə “Fulhem”ə 2:1 hesabı ilə qalib gələrək liderliyi ələ keçirib.

Erlinq Holand və Yulien Alvaresin qollarına ev sahiblərindən karlos Vinisius cavab verı bilib. “Şəhərlilər” hazırda 76 xalla vahid liderdirlər. “Arsenal”ın 75 xalı var. “Mançester Siti” rəqibindən bir oyun az keçirib.

“Mançester Yunayted” öz meydanında “Aston Villa”nı minimal hesabla məğlub edib. Yeganə qolu 39-cu dəqiqədə Brunu Fernandeş vurub.

“Mançester Yunayted” 63 xalla 4-cü, “Aston Villa” 54 xalla 6-cıdır.

Share: