Hollivud kinostudiyaları ssenaristlərin maaşlarını kəsdilər

Hollivudun ən böyük kinostudiyaları bəzi ssenaristlərə maaşların verilməsini dayandırır.

Buna səbəb onların son 15 ildə ilk dəfə keçirdikləri böyük tətildir.

Belə ki, “Sony Group Corporation” şirkəti tətilə görə işləməyən və müvafiq olaraq müqavilə şərtlərini yerinə yetirməyən ssenaristlərə ödənişləri dayandırıb.

Məlumata görə, digər studiyalar da analoji addımı ata bilərlər. Tətil bir neçə ay davam edərsə, media şirkətləri xərcləri azaltmaq və sənayenin bum dövrünü yaşadığı 2016-2021-ci illər arasında imzalanmış müqavilələrin şərtlərini dəyişdirmək üçün fürsətdən istifadə edə bilərlər.

Xatırladaq ki, bundan əvvəl ABŞ-də məşhur axşam əyləncə şoularının əksəriyyəti ssenaristlərin tətili səbəbindən fasilə verəcəklərini bildiriblər. Məlumata görə, “Cimmi Fallon ilə gecə şousu”, “Cimmi Kimmel canlı yayımda” və “Set Mayers ilə gecənin gec saatında” kimi proqramlar dayandırılıb.

Qeyd edək ki, tətil qərarı ssenaristlərlə “Netflix”, “Amazon”, “The Walt Disney”, “Paramount” və “Apple TV” arasında yeni sövdələşmələr və maaş artımları ilə bağlı altıhəftəlik danışıqlardan sonra verilib.

Mənbə: “Bloomberg”

Share: