Hökməli qəsəbəsində baş vermiş yanğın söndürülüb

Abşeron rayonunun Hökməli qəsəbəsində dəri emalı sexində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Müstəqil.Az FHN Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi və peşəkarlığı sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və sexə bilavasitə bitişik evlərə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində, ilkin məlumata əsasən, hər mərtəbəsi təxminən 950kv.m olan sexin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Sexin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

17:43

Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Abşeron rayonunun Hökməli qəsəbəsində sexdə yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Share: