Hindistanda çoxmərtəbəli binada güclü yanğın: Çox sayda ölən var

Hindistanın cənubundakı Sekunderabad şəhərində baş verən yanğın nəticəsində azı səkkiz nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Çoxmərtəbəli binanın 1-ci mərtəbəsində elektrik skuterləri satılan salonda başlayan yanğın digər mərtəbələrə də keçib.

Ölənlərin əksəriyyəti qatı tüstüdən boğularaq həlak olub.

Hadisə yerində bir neçə yanğınsöndürmə briqadası işləyir. Yanğının səbəbi barədə hələlik məlumat verilmir.

Mənbə: TASS

Share: