Hindistanda casus göyərçin tutuldu

Hindistanın şərq sahillərində balıqçılar kamerası və mikroçipi olan göyərçin tutublar.

Məlumata görə, quşun qanadlarına da naməlum dildə mətn yazılıb.

Hadisə Benqal körfəzi sahillərində baş verib. Yerli polis quşdan casusluq üçün istifadə edildiyini bildirib.

Göyərçinin özü və ona qoşulmuş bütün texniki qurğular artıq hüquq-mühafizə orqanlarının fərziyyələrini təsdiq və ya təkzib etmək üçün kibertəhlükəsizlik üzrə ekspertə təhvil verilib.

Polis həmçinin quşun qanadlarındakı yazıları deşifrə etmək üçün mütəxəssislərə müraciət etməyi planlaşdırır.

Mənbə: lenta.ru

Share: