Hikmət Hacıyev ADA-da 17 ölkədən gələn diplomat, ekspert və akademik qarşısında çıxış edib

“17 ölkədən olan 28 diplomat, ekspert və akademikin iştirak etdiyi paneldə çıxış etməkdən məmnunam”.

Bu barədə öz “Twitter” səhifəsində Azərbaycan Diplomatik Akademiyasında keçirilən tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

H.Hacıyev paneldə iştirak edən qonaqlara qabaqcıl xarici siyasət proqramı çərçivəsində Azərbaycanın xarici və təhlükəsizlik siyasəti ilə bağlı məlumat verib.

Panel iştirakçılarına sertifikatlar təqdim olunub.

 


Share: